İtaliya A seriyasının 33-cü turunda “Latsio” “Milan”ı qəbul edib. Paytaxt futbolçuları rəqib qapısından 3 cavabsız top keçirərək qalib gəliblər. Xoakin Korrea 2 və 51-ci dəqiqələrdə fərqlənib. Vaxtın yekunlaşmasına 3 dəqiqə qalmış Çiro İmmobile mübarizəyə nöqtə qoyub.
“Napoli” isə səfərdə Torinodan üstün olub. 11-ci dəqiqədə Tyemue Bakayoko hesabı açıb. Az sonra Viktor Osimhen fərqi artırıb. Erkən qollar matçın taleyini həll edib. Qarşılaşmada yadda qalan son hadisə 86-cı dəqiqədə “Torino”nun heyətində Rolando Mandraqoranın meydandan çıxarılması olub. Neapol futbolçuları qələbə sayəsində xallarının sayını 66-ya çatdıraraq 3-cü yerə yüksəliblər. 4-cü sıraya geriləyən “Yuventus” rəqibindən əlavə göstəricilərə görə geri qalır. “İnter” 79 xalla liderdir. “Atalanta” 68 xalla 2-ci sıradadır.